Yaponiya Rusiya ilə ticarətdə güzəşt rejiminin ləğvini uzadıbbackend

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə ticarətdə güzəştli rejimin ləğvini daha bir il uzatmaq qərarına gəlib.

Bu barədə Kyodo agentliyi yazıb.

Əvvəlcə 31 mart tarixinə qədər ən çox üstünlük verilən millət rejiminin ləğvi tətbiq edilsə də, martın 29-da keçirilən son iclasda bu müddətin 2025-ci ilin mart ayının sonuna qədər uzadılması qərara alınıb.

Bu tədbir Yaponiya tərəfi tərəfindən 2022-ci ilin martında tətbiq edilib və artıq 2023-cü ildə uzadılıb.

Mənbə: Sputnik