Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, Yaponiya hökuməti Rusiyanın “Ocean 2024” komanda-qərargah təlimlərini, eləcə də Rusiya və Çinin regionda birgə fəaliyyətini diqqətlə izləyir.
Bu barədə TASS məlumat yayıb.
Jurnalistlərin bu təlimlərin məqsədi ilə bağlı sualını cavablandıran Hayaşi deyib ki, bunu qətiliklə söyləmək mümkün deyil, lakin qeyd edib ki, Rusiya Ukraynadakı vəziyyətə “hətta” Yaponiya yaxınlığında hərbi fəaliyyətini gücləndirməkdə davam edir.
Baş katib vurğulayıb ki, Yaponiya hökuməti Rusiya və Çinin bölgədəki hərbi fəaliyyətini, o cümlədən onların qarşıdakı manevrlərini “yaxından izləməyə” və bu barədə məlumat toplamaqda davam edəcək.