Yaponiya Rusiyaya avtomobil ixracını artırıbbackend

2024-cü ilin avqustunda Yaponiya Rusiyaya minik avtomobillərinin ixracını 2023-cü ilin eyni ayı ilə müqayisədə 25,6% artırıb.

TASS bu barədə Yaponiya Maliyyə Nazirliyinin statistikasına istinadən xəbər verir.

Bundan əlavə, Yaponiya Rusiyaya nəqliyyat vasitələri üçün ehtiyat hissələri və komponentlərin ixracını 19,8% artırıb.

Bu, Rusiya Federasiyasına qarşı 2023-cü il avqustun 9-da qüvvəyə minmiş sanksiyalar fonunda Yaponiyadan avtomobil ixracında ilk artımdır.

Bundan əvvəl məlum olub ki, 2024-cü ilin birinci yarısında Çindən Rusiyaya minik avtomobillərinin tədarükü pul ifadəsində 35,4% artaraq 6,2 milyard dollar olub.

Qeyd olunur ki, birinci rübdə Çindən Rusiyaya 2,3 milyard dollar (+30,7% illik), ikinci rübdə isə 3,9 milyard dollar (+38,4%) dəyərində minik avtomobilləri idxal edilib. İyun ayında onların Rusiyaya tədarükünün həcmi may ayının nəticəsini 2% üstələyərək 1,36 milyard dollar təşkil edib və eyni rəqəmin 1,38 milyard dollar olduğu 2023-cü ilin noyabrından bəri ən yüksək göstərici olub.