Yaponiya Tayvan sahillərində ABŞ-a yardım göstərə bilərbackend

Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, Tayvan sahillərində fövqəladə vəziyyət zamanı ABŞ ordusu hücuma məruz qalarsa, Yaponiya hökuməti hərbi güc tətbiq edə bilər.

O bildirib ki, “bu cür birgə əməliyyatlarda iştirak edən ABŞ qoşunlarına hücum edilərsə və Yaponiya heç bir tədbir görmədən qaçarsa, ABŞ ilə ittifaqımız dağılacaq”.

Agentlik qeyd edib ki, Yaponiya qanunları yalnız yerləşdirildikləri ölkənin hakimiyyət orqanlarının razılığı ilə Yaponiya vətəndaşlarını xilas etmək üçün Özünümüdafiə Qüvvələrinin yerləşdirilməsinə icazə verir.