Yaponiya tədqiqat modulu Ayın səthinə endibackend

İlk Yapon tədqiqat modulu “SLIM” Ayın səthinə enib.

Beləliklə də SSRİ, ABŞ, Çin və Hindistandan sonra Yaponiya Yerin təbii peykinə cihaz endirməyə müvəffəq olan dünyada beşinci ölkə olub.

Hazırda Milli Aerokosmik Tədqiqatlar Agentliyi telemetriya məlumatlarının və digər parametrlərin dəqiqləşdirilməsi üzərində işləyir.