Yaponiya uçan avtomobillərin istehsalına başlayırbackend

Yaponiyanın Suzuki və Skydrive şirkətləri uçan avtomobilin istehsalına başlayıblar,.

SKYDRIVE (SD-05) Osakada keçiriləcək Expo 2025 sərgisində təqdim edilməsi planlaşdırılır.

“Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq. Və biz hava hərəkətliliyi inqilabına rəhbərlik etmək üçün daha çox çalışmaqda davam edəcəyik” dedi Skydrive-ın baş direktoru Tomohiro Fukuzava.

SKYDRIVE (SD-05) pilot da daxil olmaqla üç nəfərə qədər daşımaq üçün nəzərdə tutulub. Model 12 elektrik mühərriki ilə təchiz edilib və şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Uçan avtomobilin maksimal sürəti 100 km/saat, uçuş məsafəsi isə 15 km olacaq.

Uçan avtomobil 2026-cı ildə satışa çıxmalıdır. Bundan əvvəl avtomobil sertifikatlaşdırma və digər zəruri prosedurlardan keçməlidir.

Mənbə: Haberler.com