Yaponiya Ukraynaya 470 milyon dollarlıq yeni humanitar yardım paketi ayırıbbackend

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynaya 470 milyon dollar məbləğində yeni humanitar yardım paketi təqdim etmək qərarına gəlib.

Bu barədə agentliyin saytında məlumat verilib.

Qeyd olunur ki, vəsait minatəmizləmə və dağıntıların təmizlənməsi üçün zəruri olan avadanlıqların alınması, həmçinin infrastrukturun, o cümlədən Ukraynanın kənd təsərrüfatı sənayesi ilə bağlı olanların bərpası üçün nəzərdə tutulub.

Bundan əlavə, pulun bir hissəsi hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş Ukrayna enerji sisteminin bərpasına sərf olunacaq.

Mənbə: Reuters

İctimai.az