Yaponiya üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş Pekində paradın vaxtı açıqlanıbbackend

Sentyabrın 3-də Pekində İkinci Dünya Müharibəsində Qələbənin və Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində qələbənin 80 illiyi münasibətilə hərbi parad keçiriləcək. TASS xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat şöbəsinin müdir müavini Hu Hepinq bildirib.

“Sentyabrın 3-də səhər saatlarında Tiananmen meydanında Çin xalqının yapon işğalçılarına qarşı müqavimətdə qazandığı qələbənin 80 illiyi və dünya antifaşist müharibəsində qələbənin 80 illiyi münasibətilə təntənəli mərasim keçiriləcək. Tədbirdə qoşunlara baxış keçiriləcək və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Xi Jin Heinpinq mətbuat konfransında çıxış edəcək”.