Dexerto xəbər verir ki, Yaponiyanın şimalındakı Aomori prefekturasında ramen aşpazı ona hücum edən ayını dəf edib və üzündəki ciddi xəsarətlərə baxmayaraq işini davam etdirib.
Səhər saat 5:00-da 57 yaşlı işçi mətbəxdə yemək hazırlayarkən hərəkət hiss edib və metr boyunda qara ayı görüb.
“Birdən mənə tərəf döndü və üzümə hücum etdi. Qaça bilmədim”, – deyə zərərçəkən bildirib.














