Yaponiyada Miyaqi prefekturasında yerləşən Onaqava Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku yenidən işə salınıb.
Bu barədə NHK telekanalı Tohoku Electric Power enerji şirkətinə istinadən məlumat yayıb.
Enerji bloku zəlzələ nəticəsində yaranan 13 illik fasilədən sonra oktyabrın 29-da yenidən işə salınıb, noyabrın 4-də isə avadanlıqlarda yaranan problemlə əlaqədar yenidən dayandırılıb.
Reaktorun bağlanmasına səbəb birləşmələrdən birində zəif sıxılmış qayka olub.
Nüvə stansiyası zəncirvari reaksiyanı davam etdirdikdən sonra elektrik enerjisi istehsalına bu həftənin əvvəlində başlanacağı gözlənilir. Atom elektrik stansiyasının kommersiya istismarına gələn ay başlanmalıdır.