Yaponiya sakini Gürcüstan səfiri və sürücüsü ilə əlbəyaxa olub. Bu barədə TASS məlumat yayıb.
Səfir Teymuraz Lezhava sürücüsü ilə Tokionun küçələrindən birində hərəkətdə olarkən yaxınlıqda bir avtomobil dayandı, oradan bir nəfər çıxıb və yüksək səslə qışqırmağa başlayıb. Daha sonra diplomatın sürücüsünü maşından çıxarmağa başlayıb. Lezhava baş verənləri telefonla lentə almağa çalışıb, lakin kişi buna aqressiv reaksiya verib və səfiri sürücünün çiynindən vurub.
Hadisə yerinə gələn polis münaqişənin böyüməsini dayandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və şəraitini araşdırır.
Mənbə: TASS













