Yaponiyada çimərlikdə naməlum şar tapılıb

Yaponiyada, Hamamatsu şəhərindəki Enşyuhama sahilində sahilə atılmış şübhəli əşya tapılıb, polis obyektin ətrafını bağlayıb.

Bu barədə Yaponiyanın “Daiichi TV” telekanalı məlumat yayıb.

Fevralın 21-də yerli vaxtla saat 8:45 radələrində çimərlikdə aşkar edilən naməlum obyekt diametri təxminən 1,5 metr olan topa bənzəyir.

İlkin məlumatlara görə, o, metaldan hazırlanıb. Polis şübhəli əşyanı araşdırır.

Mənbə: Gazeta.ru

İctimai.az

Related Post