Yaponiyada 2025-ci ildə ibtidai, orta və lisey şagirdləri arasında intihar hallarının sayı 2024-cü il səviyyəsi ilə müqayisədə üç dəfə artacaq və 1980-ci ildə qeydə alınmağa başlanandan bəri rekord həddə çatacaq. Bu barədə Yaponiyanın “Nikkei” qəzeti Səhiyyə, Əmək və Rifah Nazirliyinin statistikasına istinadən məlumat yayıb.
Dərc olunmuş məlumatlara görə, ötən il 532 yapon məktəbli intihar edib. Ən çox yayılmış səbəblər zəif akademik göstəricilər, gələcək karyeraları ilə bağlı narahatlıqlar və dostlarla münaqişələr (316 hal) olub. Sağlamlıq problemləri ikinci yerdə (315 hal), ailə problemləri isə üçüncü yerdədir (181 hal).
Jurnalistlərin fikrincə, Yaponiyada qızlar oğlanlara nisbətən daha çox intihar edirlər.
Nəşr qeyd edir ki, 2025-ci ildə ölkə hakimiyyəti uşaq intiharı probleminin həllinə yönəlmiş tədbirlər hazırlayıb. Bunlara məktəblərdə psixoloqların sayının artırılması və sosial mediada məsləhət xidmətlərinin inkişaf etdirilməsi daxildir.















