Yaponiyada mifik ilana bənzər məxluqun tutulmasına görə mükafat elan edilibbackend

Yaponiyada mifik ilana bənzər məxluqun tutulmasına görə mükafat elan edilib, Sora News yazır.

Gifu prefekturasındakı Hiqaşişirakava kəndinin səlahiyyətliləri artıq 31-ci ildir ki, Tsuchinoko festivalına start veriblər. Bayram eyniadlı mifik ilana bənzər məxluqa həsr olunub. Rəvayətə görə, heyvanın bədən ölçüsü təxminən 30-80 sm-dir və o, klassik ilana bənzəyir, lakin daha geniş bədənə malikdir. Son illərdə yerli sakinlərin dediyi kimi, guya onlar bu canlını küçələrdə daha tez-tez görməyə başlayıblar, lakin sözlərinə heç bir dəlil gətirməyiblər.

Hadisəyə marağı artırmaq üçün kənd administrasiyası canlı Tsuchinokonun tutulması üçün 1,3 milyon yen mükafat təyin etdi. Bu, Yaponiyanın hər yerindən festivala 2500-dən çox insanın gəlməsi ilə nəticələndi. İndiyə qədər heç kim pul mükafatını tələb etməyib.