Yaponiyada müxalifət Baş nazir Kişidanı tükənmiş uran mərmiləri ilə bağlı susduğuna görə qınadıbackend

Yaponiyada müxalifət baş nazir Fumio Kişidanı Ukrayna silahlı qüvvələrinə çatdırılması planlaşdırılan tükənmiş uran mərmiləri ilə bağlı susduğuna görə qınayıb, RİA Novosti xəbər verir.

Xüsusən də Reiwa Şinsenqumi müxalifət partiyasının lideri Taro Yamamoto Kişidanı nüvə silahından zərər çəkmiş Xirosimadan olmasına baxmayaraq, Yaponiya Nazirlər Kabinetinin rəhbərinin Ukrayna prezidenti Vladimir Zelenskini bu mərmilərdən istifadəni dayandırmağa çağırmadığına görə qınayıb.

Parlament dinləmələri zamanı Yamamoto birbaşa bu sualı verdi, lakin Kişida birbaşa cavab verməyib.

İctimai.az