Yaponiyada şahidlər parlaq alov topunu videoya çəkiblərbackend

Yaponiyada şahidlər Honşu adasının Kanto bölgəsi üzərindəki səmada parlaq bir alov topunu videoya çəkiblər.

RİA Novosti xəbər verir ki, video sosial media istifadəçiləri tərəfindən paylaşılıb.

Parlaq parlayan alov topunun Tokio, Kanagava prefekturası, Kawasaki və Fuji dağı ərazilərində göründüyü bildirilir.

Tokio orta məktəbindəki astronomiya və meteorologiya klubu da alov topunu videoya çəkib.