Yaponiyada seysmik aktivliyin artdığı bildirilirbackend

İyunun sonundan bəri Yaponiyanın Tokara adaları ərazisində 1900-dən çox zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Departament qeyd edir ki, seysmik aktivlik iyunun 21-də başlayıb və bu günə kimi davam edir. Ən güclü təkan iyulun əvvəlində – maqnitudası 5,5 və 20 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanların gücü Yaponiyanın yeddi ballıq şkalası üzrə altı bala çatıb.

Hadisə nəticəsində Akusekijima adasının bəzi sakinləri təxliyə edilib.