Yaponiyada süni intellekt çoxlu hücumlara görə meşədəki ayıların həyatına nəzarət edəcəkbackend

Yaponiya bir sıra heyvan hücumlarından sonra süni intellektdən (AI) istifadə edərək ayı xəbərdarlığı sistemini tətbiq etməyi planlaşdırır. Bu barədə The Guardian məlumat yayıb.

Son bir il ərzində 200-dən çox insan yaralanıb və altı vətəndaş ayılarla qarşılaşmadan sağ çıxa bilməyib. Bununla əlaqədar mütəxəssislər insanların məskunlaşdığı ərazilərin yaxınlığında yerləşən müşahidə kameralarından istifadə edərək ayıları izləyəcək test sistemi hazırlamaq qərarına gəliblər.

Nəşr vurğulayır ki, yeni sistemə əsasən, süni intellekt tez bir zamanda yerli hakimiyyət orqanlarına, polisə və ovçulara xəbərdarlıq göndərəcək.

Mənbə: TASS