Yaponiyanın Naqoya Universitetində partlayış baş verib, Kyodo Tsushin Xəbər Agentliyi polisə istinadən xəbər verir.
İlkin məlumatlara görə, universitetdə təmizlik işləri aparılarkən kimyəvi maddə partlayıb. Partlayış Çikusa rayonunda baş verib. Bir neçə nəfər yaralanıb. Partlayışın səbəbi və ölənlərin dəqiq sayı barədə məlumat hələlik məlum deyil.















