Yaponiya hökuməti deputat Muneo Suzukinin Moskvaya səfəri ilə əlaqədar öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb.
RİA Novosti xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi mətbuat konfransında bildirib.
“Rusiyanın üçüncü təhlükə səviyyəsi olan ölkə kimi təsnif edilməsinə görə, məqsədindən asılı olmayaraq biz vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırırıq”, – Hayaşi deyib.
O, həmçinin bildirib ki, Yaponiya Ukraynadakı fəaliyyəti ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək.