Yaponiyada yeni tip atom elektrik stansiyası üçün nüvə reaktoru sınaqdan keçiriləcəkbackend

Yaponiya Atom Enerjisi Agentliyi elektrik enerjisinin kəsilməsi zamanı fəaliyyəti müstəqil şəkildə dayandıra bilən yeni tip atom elektrik stansiyası reaktorunu sınaqdan keçirəcək. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, martın sonunda sınaq obyektinə çevriləcək yüksək temperaturlu qazla soyudulan reaktor sınaq zamanı 100% yüklənməyə çatacaq. Onun daxilində temperatur 1000 dərəcə Selsiyə çatacaq.

Reaktoru soyutmaq üçün istifadə edilən heliumun elektrik kəsildikdən sonra təbii şəkildə istiliyi yayması və obyektin temperaturunun təhlükəsiz şəkildə aşağı düşməsinə səbəb olacağı gözlənilir. Yomiurinin sözlərinə görə, eksperiment nəzarət olunan şəraitdə aparılacaq və tədqiqatçılar fövqəladə vəziyyət zamanı onu dayandıra biləcəklər.

Mənbə: Yomiuri