Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırırbackend

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

İctimai.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirliyin fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – məlumatda bildirilib.