TASS xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida ölkə parlamentində debat zamanı bildirib ki, qarşıdan gələn G7-nin Xirosimada keçiriləcək sammitinin iştirakçıları Rusiyanın nüvə silahından istifadə etmə ehtimalına və təhdidlərinə qarşı çıxmalıdırlar.
“Böyük yeddiliyin Xirosima sammitində biz status-kvonu birtərəfli qaydada güc yolu ilə dəyişdirmək cəhdlərinə, habelə Rusiyanın nüvə silahından istifadə təhlükəsi və ehtimalına qarşı qətiyyətlə çıxış etməliyik”, – Yaponiya hökumətinin başçısı bildirib.
Mənbə: TASS
İctimai.az