Rusiya ilə münasibətlərin çətin vəziyyətinə baxmayaraq, Yaponiya onunla sülh müqaviləsi bağlamağa ümid edir. RİA Novosti xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimal Ərazilərinin (Kuril adaları – redaktorun qeydi) qaytarılmasını tələb edən 45-ci Milli Konqresdə bildirib.
Onun sözlərinə görə, Tokionun dörd şimal adası məsələsinin həlli və Moskva ilə sülh müqaviləsi bağlamaq mövqeyi dəyişməz olaraq qalır. Siyasətçi həmçinin bu məsələnin İkinci Dünya Müharibəsinin bitməsindən 80 il sonra belə həll olunmamasından təəssüfləndiyini bildirib.
Takaiçi vurğulayıb ki, Yaponiya hökuməti bu vəziyyətə çox ciddi yanaşır.














