Yaponiyanın baş naziri partiyanın seçkilərdəki məğlubiyyətindən sonra istefa verməkdən imtina edibbackend

Yaponiyanın baş naziri Şiqeru İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) parlament seçkilərində ardıcıl ikinci məğlubiyyətindən sonra istefa verməkdən imtina edib.

İşiba mətbuat konfransında deyib: “Yapon xalqı bizə ağır bir hökm verdi, bundan ciddi dərslər almalıyıq”.

Eyni zamanda o, hakimiyyətin seçicilərə verdiyi vədləri yerinə yetirməli olduğu üçün gedə bilməyəcəyini də əlavə edib. Baş nazir rüsum və tariflərlə bağlı məsələlərdə ABŞ ilə danışıqların davam etdirilməsinin zəruriliyini də qeyd edib.