Yaponiyanın baş naziri Trampa simvolik hədiyyə veribbackend

Yaponiyanın yeni baş naziri Sanae Takaiçi Tokioda işgüzar səfərdə olan ABŞ prezidenti Donald Trampa Yaponiyanın mərhum baş naziri Şinzo Abeyə məxsus putter hədiyyə edib.

Digər hədiyyə məşhur yapon qolfçu Hideki Matsuyamanın imzası olan qolf çantası olub.

Amerika lideri qolf sevgisi ilə məşhurdur. Onun nəvəsi Kay Tramp peşəkar qolfçudur. Bundan əlavə, 2017-ci ildə ABŞ prezidenti hətta Yaponiyanın mərhum baş naziri Abe ilə qolf oynamışdı.