Yaponiyanın JAL aviaşirkəti kiberhücuma məruz qaldığını bildiribbackend

Yaponiyanın iki ən böyük aviadaşıyıcısından biri olan Japan Airlines (JAL) kiber hücuma məruz qalıb.

Bu barədə NHK telekanalı aviaşirkətin bəyanatına istinadən məlumat yayıb.

Tokio vaxtı ilə saat 07:24-də (Moskva vaxtı ilə 01:24) hakerlər JAL-ın daxili və xarici sistemlərini birləşdirən şəbəkə avadanlığına hücum ediblər. Kiberhücum nəticəsində aviaşirkət Tokionun Haneda və Osakanın Kansai və Itami hava limanlarında problemlər yaşayıb. Xüsusilə, baqajın yoxlanılması, saxlanması və uçuşa hazırlıq sistemləri təsirləndi.

Nəticədə 15-dən çox təyyarənin uçuşu gecikib.

Kiberhücum ölkənin əsas beynəlxalq hava limanı olan Tokioda yerləşən Naritaya təsir etməyib. JAL-dan başqa Yaponiyanın hər hansı digər aviaşirkətinin təsirləndiyi barədə məlumat yoxdur.