Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba ölkənin hakim Liberal Demokratik Partiyasının (LDP) rəhbəri seçilib və oktyabrın 1-dən o, Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri olacaq.
Bu barədə Nikkei Asia məlumat yayıb.
Agentliyin açıqlamasında deyilir: “İshiba Yaponiyanın növbəti baş naziri olmaq yarışında qalib gəlir”.
Qeyd olunur ki, Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi partiya üzvləri arasında keçirilən səsvermənin ikinci turunda ona uduzub.
Sentyabrın ortalarında bildirilmişdi ki, sorğuda iştirak edən yaponların dörddə biri (26%) keçmiş müdafiə naziri Şiqeru İşibanın baş nazir postuna namizədliyini dəstəkləyib.