Yaponiyanın Miyazaki prefekturasındakı hava limanında partlayış baş veribbackend

Yaponiyanın Miyazaki prefekturasının hava limanında taksi yolunun yaxınlığında partlayış baş verib.

Bu barədə Nikkei agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində taksi yolu zədələnib – onun üzərində təxminən yeddi kvadratmetr sahəsi olan oval çuxur əmələ gəlib.

Hazırda uçuş-enmə zolağı bağlıdır və uçuşlar ləğv edilir. Polis hadisə yerində araşdırma aparır. Ölənlər barədə məlumat yoxdur.

Asahi qəzetinin yazdığı kimi, polisin məlumatına görə, Miyazaki hava limanında əvvəllər partlamamış hərbi sursat tapılıb. Hava limanı Yaponiya İmperator Hərbi Dəniz Qüvvələrinin keçmiş aviabazasının yerində yerləşir.

Mənbə: A Haber