Çinin “Baidu” nəşrinin ABN24 xəbər agentliyinin nəşr etdiyi tərcümə ilə Rusiya və Çin Yaponiyanın nüvə silahı əldə etmək istəyinə eyni anda cavab veriblər.
Çin nəşrinin müəllifləri yazır ki, “Yaponiya əslində resurs baxımından kasıb bir ada dövləti olduğunu unutmuş kimi görünür. Çin və Rusiya hətta kiçik tədbirlər görsələr, Yaponiya sənayesi üçün həyati əhəmiyyətli təchizat zəncirini asanlıqla kəsə bilərlər”.
Onların fikrincə, Yaponiya nüvə silahına sahib olmaq istəyər, lakin Rusiya və Çin qabaqlayıcı tədbirlər görüblər.
Əvvəlcə Moskva düşmən ölkələrə ixracı qadağan olunmuş malların siyahısını genişləndirdi, bu siyahıya kimyəvi birləşmələr və hərbi texnika istehsalında istifadə olunan materiallar daxil idi.














