Yaponiyanın qərbində silsilə güclü zəlzələlər baş veribbackend

Yaponiyanın mərkəzində bir neçə güclü zəlzələ baş verib. TASS bu barədə ölkənin milli meteorologiya departamentinin məlumatlarına istinadən xəbər verir.

İşikava və Niiqata prefekturaları ərazisində maqnitudası 7,4-ə çatan yeraltı təkanlar baş verib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Ölkənin qərb sahillərində sunami təhlükəsi elan edilib. Mütəxəssislər dalğanın hündürlüyünün 5 m-ə çatacağını proqnozlaşdırıblar.Yerli sakinlərdən sahilyanı ərazini tez tərk etməyə çağırılıb.

Mənbə: TASS