Yaqub Zurufçunun səhhəti ilə bağlı AÇIQLAMAbackend

Əməkdar artist Yaqub Zurufçunun son vəziyyəti açıqlanıb.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, – deyə həkim bildi rib.