Yaqut Ağaşahqızı ölkə başçısı tərəfindən təltif edilibbackend

Jurnalist, “İki sahil”in əməkdaşı Yaqut Ağaşah qızı Aslanova 11-22 noyabr 2024-cü il tarixində Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Mükafat bugün Yaqut Ağaşahqızına təqdim edilib.

Yaqut Ağaşahqızı bu ali qiymətə görə cənab Prezidentə minnətdarlığını bildirib.