“Yaradıcılığın danışsın” layihəsi uğurla başa çatıbbackend

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Oba Marketlər şəbəkəsi, Gənclərin İnkişafına Dəstək İctimai Birliyi və Brandlab.az platformasının təşkilatçılığı ilə həyata keçirilən “İdeyanı reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsində qalib olan “Yaradıcılığın danışsın” layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində Oba Marketlər şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Hikmət Əliyevin təqdimatında “Bir brendin hekayəsi”, rəqəmsal marketoloq Məmmədağa Əliyevin təqdimatında “Effektiv komnukasiya və məzmun marketinqi”, Brandlab.az platfomasının təsisçisi Vüqar Əliəsgərovun təqdimatında “E-ticarətdə gələcəyi formalaşdıran trendlər”, gənc dizayner Leyla Qulaminin təqdimatında “Sosial mediada dizaynın sirləri” adlı təlimlər keçirilib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.

Martın 17-dən 28-nə qədər davam edən layihədə 200-dən çox gənc iştirak edib.

Sonda layihəni uğurla bitirən iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, layihə rəhbəri və qrant müsabiqəsinin qalibi istedadlı gənc Məmmədağa Əliyevdir.

Layihənin əsas məqsədi gənclərə yaratdıqları məhsulların marketinqini, veb platformalarda, sosial mediada satışını və dizaynın sirrlərini öyrədərək onlara dəstək olmaqdır.

Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondurunun maliyyə yardımı ilə yaradılmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır.