“YAŞAT” daha 10 qazimizi müalicə üçün Türkiyəyə göndərdi – FOTObackend

Daha 10 qazimiz bu gün Türkiyəyə yola salınıb.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, ağır yaralanan qazilərimiz Quliyev Şahin Famiq oğlu, Hüseynov Kamil Dursunəli oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlu, Vəçhiyev Çingiz Məmməd oğlu, Quliyev Həsrət Həsən oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Əliyev Qismət Nəsib oğlu, Rüstəmli İlkin Elçin oğlu, Eminov Aqil Vahid oğlu, Mehtixanov Məhəmməd Biroğlan oğlu Fond tərəfindən bu gün Türkiyəyə göndəriliblər.

Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. Qeyd edilib ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Eyni zamanda fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərimizin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadəyə verilib.