“Yaşıl Azərbaycan” naminə gənc səfirlər” layihəsinin icrasına başlanıldıbackend

“Yaşıl Azərbaycan” naminə gənc səfirlər” layihəsi “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənclər arasında ekoloji istiqamətdə nəzəri və praktiki bacarıqlardan istifadə etməklə ətraf mühitin mühafizəsi üzrə heyətin formalaşdırılması, həmçinin həmyaşıdları arasında ekoloji bilik və bacarıqların təbliği üçün gənclərdən ibarət könüllülər olaraq fəaliyyət göstərəcək gənc səfirlər qrupunun hazırlanmasıdır.
Layihənin vəzifələrinə Bakıda gənclərdən ibarət təlim qrupunu formalaşdırılması və onlara ətraf mühitin mühafizəsi, alternativ və bərpa olunan (yaşıl və mavi) enerji mənbələrindən istifadə məsələləri əhatə edən mövzular üzrə təlimin keçrilməsi ilə ekoloji biliklərinin artırılması, layihə əməkdaşlarından ibarət heyətin Naxçıvan Muxtar Respublikasına səfəri və orada müxtəlif yaş qrupundan gənclərlə görüşün keçirilməsi, layihə yekunlaşandan sonra gələcək fəaliyyətlər üçün gənclərdən ibarət eko-qrupların (səfirlərin) formalaşdırılması daxil edilib.
Əsas təlim istiqamətləri ətraf mühitin mühafizəsi bilikləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası haqqında məlumatlandırma, alternativ və bərpa olunan (yaşıl və mavi) enerji mənbələrindən istifadə məsələləri, ölkənin ənənəvi enerji məndəblərindən bərpa olunan enerj mənbələrinə keçidin ekoloji və iqtisadi üstünlükləri, ekoloji maarifləndirmə üçün könüllülük fəaliyyətinin icra olunmasından ibarətdir.

Layihə bu ilin dekabr ayında yekunlaşacaq.