Yavər Camalovun oğlunun namizədliyi ləğv edildibackend

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.

İctimai.az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib.

Qeyd olunub ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv olunub. O, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır.

İctimai.az