Yaxın Şərqdə müharibə bitdikdən sonra neftin qiyməti açıqlanıbbackend

Ingo Bank-ın baş analitiki Petr Arronet proqnozlaşdırıb ki, Yaxın Şərqdəki müharibə bitərsə, Şimali Dəniz Brent markalı xam neftin bir bareli 63 dollara başa gələcək.

“Qlobal bazarlarda vəziyyət qeyri-sabitdir. Lakin, Yaxın Şərqdəki münaqişə bitərsə və ya yumşalsa, Brent markalı xam neftin baza proqnozu hələlik 63 dollar olaraq qalır. Digər tərəfdən, neft və qaz tədarükünün şaxələndirilməməsi bir çox ölkəyə dərs verib. Bəziləri ehtiyatları doldurmaq üçün neft və qaz alışlarını artırmaq üçün Rusiyaya müraciət ediblər. Hazırkı vəziyyətdə URALS markalı xam neftin Brent markalı xam neftə endirimi il ərzində tədricən azalacaq”, – Arronet qeyd edib.