“Financial Times” qəzetinin öz mənbələrinə istinadən dərc etdiyi məlumata görə, Qərbin Fələstində deyil, İsrailin Qəzza zolağındakı hərəkətlərinə dəstək verməsi Avropanın Ukrayna münaqişəsi ilə bağlı inkişaf etməkdə olan ölkələri öz tərəfinə çəkmək səylərini baltalayıb.
Qərb ölkələrindən olan diplomatlar aylardır Moskvanı beynəlxalq hüququn pozulduğuna inandırmağa çalışdıqlarını bildiriblər. Ancaq indi Qərb İsrailə dəstək ifadə edəndən sonra Fələstin məsələlərinə maraq göstərmədiyi üçün tənqid olunur.
“İnkişaf etməkdə olan ölkələrlə [Ukrayna ilə bağlı] gördüyümüz bütün işlər itirildi. Qaydaları unudun, dünya nizamını unudun. Onlar bizi bir daha heç vaxt dinləməyəcəklər”, – “Yeddilik Qrupu” (G7) ölkələrinin adı açıqlanmayan yüksək səviyyəli diplomat bildirib.
Mənbə: A Haber