Avropa Komissiyasının (AK) sözçüsü Ana Kajsa İtkonenin sözlərinə görə, Avropa Birliyi (AB) ölkələri Yaxın Şərqdəki münaqişə səbəbindən strateji neft ehtiyatlarından istifadə etməyiblər.
O bildirib ki, “Bütün üzv dövlətlərin, o cümlədən Macarıstan və Slovakiyanın 85-90 gün və ya onlara bərabər olan ehtiyatları var. Onlar bizə bəzi ehtiyatları buraxdıqlarını bildiriblər, lakin bu, Yaxın Şərqdəki münaqişə ilə əlaqəli deyildi”.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Sijjarto da Yaxın Şərqdəki münaqişə səbəbindən qiymət artımlarının qarşısını almaq üçün AB-ni Rusiyadan neft və qaza qoyulan qadağanı ləğv etməyə çağırmışdı.










