Yay transfer pəncərəsinin nəticələrinə əsasən RPL-in ən zərərli klubu müəyyənləşib

“Transfermarkt” internet portalı Rusiya Premyer Liqasının (RPL) komandaları üçün yay transfer pəncərəsinin yekunlarını açıqlayıb.

Moskvanın “Spartak”ı 19,5 milyon avro ilə “qırmızı”da qalan ən zərərli klub olub.İkinci yerdə Kazanın “Rubin”i (6,8 milyon avro), “Orenburq” isə ilk üçlüyü (3,4 milyon avro) qapayıb.

Yayda müdafiəçilər Srdjan Babiç və Oleq Ryabçuk, qapıçılar Semyon Fadeev və İlya Svinov, yarımmüdafiəçilər Xesus Medina və Teo Bonqonda, hücumçu Artem Bıkovski yayda “Spartak”ın sıralarına qoşulublar.

Mənbə: TRT Sport

Oxşar xəbərlər