Yekaterinburqda polis küçədə azyaşlı qıza təcavüz edən tələbəni saxlayıb. Bu barədə “E1” məlumat yayıb.
Hadisə sentyabrın 25-də baş verib, 16 yaşlı qız dərsdən qayıdarkən gənc oğlan qaçaraq onun ombasından tutub. Məktəbli qız hücumçunu videoya çəkə bilib, qız videonu sosial şəbəkələrdə yayıb.
Oktyabrın 4-də polis hücumçunu müəyyən edib saxlamağa müvəffəq olub. Onun diş həkimi olmaq üçün Yekaterinburqda təhsil alan 21 yaşlı yəmənli tələbə olduğu üzə çıxıb.
Mənbə: Haber Global