Yellen: Çinlə iqtisadi əlaqələri kəsmək ABŞ üçün fəlakətli olardıbackend

ABŞ-ın maliyyə naziri Janet Yellen hesab edir ki, ABŞ və Çin arasında iqtisadi əlaqələrin kəsilməsi Vaşinqton üçün fəlakətə gətirib çıxaracaq. “Washington Post” qəzetində dərc olunan məqaləsində Yellen iqtisadiyyatların bu cür bölünməsinin ABŞ-ın milli maraqlarına zidd olacağına diqqət çəkir.

Bununla belə, ABŞ Xəzinədarlığının rəhbəri dəyişkən dünyada tədarük zəncirlərinin şaxələndirilməsinin vacibliyinə də diqqət çəkib. O hesab edir ki, ABŞ hər iki ölkə üçün faydalı ola biləcək Çin ilə sağlam iqtisadi rəqabət axtarır.

Janet Yellen məqalədə iddia edir ki, Amerikanın iqtisadi strategiyası digər iqtisadiyyatları sıxışdırmağa deyil, daxili iqtisadi potensialı inkişaf etdirməyə yönəlib. O, həmçinin ABŞ və müttəfiqlərinin milli təhlükəsizliyini qoruyarkən kompromislərin mümkünsüzlüyünü qeyd edib.

Mənbə: A Haber