Yəmən BƏƏ-nin bütün qüvvələrinin 24 saat ərzində ölkədən çıxarılmasını tələb edibbackend

Yəmənin Prezident Administrasiya Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə müştərək müdafiə sazişini ləğv etmək qərarına gəlib. Onun imzaladığı fərmanın mətnini SABA xəbər agentliyi dərc edib.

Sənəddə deyilir: “BƏƏ ilə birgə müdafiə sazişi ləğv edilsin”.

Bundan başqa, Yəmən hakimiyyəti BƏƏ-dən bütün qüvvələrini və texniki heyətini Yəmən ərazisindən çıxarmağı tələb edib. Bu proses 24 saat ərzində tamamlanmalıdır.

Dekabrın 30-da Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Mukalla limanında yüklərə aviazərbələr endirib. Liman Hadramaut əyalətində yerləşir. Hədəf BƏƏ-dən respublikaya gələn iki gəmidən boşaldılmış silah və hərbi texnikanın olduğu konteynerlər olub.