Yəmənin husi qruplaşması Qırmızı dənizin cənubunda ABŞ-a məxsus barjaya iki ballistik raket atıb. Bu barədə “Sky News Arabiya” telekanalı husilər arasında olan mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, gəmiyə ziyan dəyməyib. Amerika gəmiləri ilə husilər arasında toqquşma və ya barjadan cavab zərbəsi baş verməyib.
Bir qədər əvvəl Sky News Arabiya İsrail və İran mediasına istinadən xəbər vermişdi ki, husilərin hücumundan sonra “mübarizənin qayıqları ilə Amerika döyüş gəmisi arasında şiddətli toqquşmalar baş verib”.
Mənbə: Sky News

