Yəmən sahillərində gəmiyə yeni hücum olubbackend

Yəmən sahillərində gəmiyə yeni hücum olub. Bu barədə Böyük Britaniya Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə Moha limanından 35 dəniz mili cənubda baş verib. Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və nəticədə gəmiyə ziyan dəydiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

UKMTO bütün gəmiləri Yəmən sahillərində üzərkən daha diqqətli olmağa və hər hansı “şübhəli fəaliyyət” halları barədə məlumat verməyə çağırıb.

Mənbə: A Haber