Yəmənin paytaxtına yeni hava zərbəsi endirilib

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtı Sənanın şimalına yeni hücuma keçib.

Bu barədə RİA Novosti mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, zərbə Sənanın şimalındakı Əd-Dleimi aviabazasına endirilib.

Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild demişdi ki, husilər Qırmızı dənizdə gərginliyi azaltmalıdırlar.

Onun sözlərinə görə, vəziyyətin gərginliyini azaltmaq təşəbbüsü husilərdən gəlməlidir. O, Yəmənə endirilən zərbələrlə bağlı Rusiyanın təşəbbüsü ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın mövqeyini belə şərh edib.

Mənbə: RİA Novosti

Related Post