Yəmənin paytaxtında güclü partlayışlar baş veribbackend

Yəmənin beynəlxalq hava limanına endirilən hava hücumlarından sonra paytaxtı Sənada güclü partlayışlar baş verib.

Bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər verir.

“İsrailin Səna hava limanına hücumundan sonra Yəmənin paytaxtı Sənada güclü partlayışlar baş verib”, – agentliyin mənbəsi bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) hamını Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanını və ətraf rayonları dərhal tərk etməyə çağırıb. Səna ölkənin şimalını idarə edən Ənsar Allah (Husi) hərəkatının nəzarətindədir.