“Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən böyük siyasi fenomenidir”backend

Əziz dostlar, hörmətli siyasi həmfikirlər!

Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə yaranan Yeni Azərbaycan Partiyası keşməkeşli, zəngin və şərəfli yol keçərək bu gün ümumxalq partiyasına çevrilmiş, keyfiyyət və kəmiyyətcə mütəşəkkil, nüfuzlu, cənubi Qafqazın ən böyük siyasi fenomenidir. Partiyamız yaranan gündən xalqımızın qarşısında duran taleyüklü vəzifələrin yerinə yetirilməsində özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də Prezidentimiz, partiyamızın sədri İlham Əliyev tərəfindən yeni müstəvidə müasir dövrün çağrışlarına uyğun uğurla davam etdirilir.

Bildiyiniz kimi Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş növbəti iclası zamanı qəbul olunan partiyamızın yeni proqram, nizamnamə və əsasnamələrinə əsasən Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlərin təyinatı məsələsi müzakirə olunub. Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP İdarə Heyətinin qərarı ilə doğma partiyamızın Səbail rayon təşkilatına sədr təyin olundum. Hər bir təyinat şərəf, eyni zamanda məsuliyyət deməkdir. Mənə göstərilən bu yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri möhtərəm İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezident,YAP-ın sədrinin birinci müavini Mehriban xanım Əliyevaya, YAP İdarə heyyətinin üzüvlərinə və YAP-ın mərkəzi aparatının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm və əmin etmək istərdim ki, qarşımıza qoyulan ali hədəflərə çatmaq üçün var gücümlə və əzimkarlıqla çalışacağam.

Təyinatımla əlaqədar məni təbrik edən, xoş arzularını çatdıran hər bir kəsə öz təşəkkürümü bildirirəm.

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri