Yeni Azərbaycan partiyası:Dünənin,bu günün və gələcəyin partiyasıbackend

Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, YAP 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılmış və 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub.

2005-ci ildən isə YAP-ın sədri  İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizə-dləri 19931998200320082013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gə-lib. 1993 və 1998-ci illərdə Heydər Əliyev200320082013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 19952000200520102015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var.

1992-ci il YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir.Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir. Qurultay partiyanın rəhbər orqanlarını – 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir.

Ümummilli lider Heydər Əliyev qanunvericiliyin daha da təkmilləşdirilməsi, Azərbaycan respublikasının Avro-atlantik məkana inteqrasiyasını  daha  da sürətləndirmək məqsədi ilə 2002-ci il iyunun 22-də imzaladığı Fərmanla 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirmişdir. Yeni Azərbaycan Partiyasının dəstəklədiyi ümumxalq səsverməsində əhalinin böyük əksəriyyəti  Konstitusiyada  dəyişikliklər  edilməsi  haqqında  referendum aktına səs verərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquqi islahatları dəstəklədiyini bildirmişdir. 1999 və 2004-cü ilin dekabr ayının 17-də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır.

Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir.2 avqust 2008-ci ildə YAP-ın IV Qurultayı keçirilmişdir. Qurultay tarixi qərar qəbul edərək, partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür. 2008-ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (88.7%) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Yeni Azərbaycan Partiyası 2011-ci ilin dekabr ayının 21-də növbəti beynəlxalq konfransa ev sahibliyi etmişdir. “Modernləşmə strategiyası: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda 33 ölkədən, o cümlədən Fransa, Kanada, Türkiyə, Rusiya, Çin və digər aparıcı dövlətlərdən 65 nümayəndə iştirak etmişdir. Ölkə praktikasında analoqu olmayan bu tədbir geniş ictimai rezonansa səbəb olmuş, YAP-ın beynəlxalq nüfuzunun yüksəlməsi baxımından mühüm və əlamətdar hadisəyə çevrilmişdir.2013-cü il iyun ayının 7-də  Yeni Azərbaycan Partiyasının V Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  V Qurultayın işində partiyanın təşkilatı məsələlərinə baxılmışdır. Belə ki, cənab İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Bundan əlavə, Qurultayda Sədrin dörd müavininin adı, 90 nəfər Siyasi Şura, 21 nəfər İdarə Heyəti və 15 nəfər Nəzarət Təftiş Komissiyasının yeni heyəti açıqlanmış və qəbul edilmişdir.

2015-ci il noyabrın 1-də keçirilən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 71 nəfərlə təmsil olunmaq hüququ qazanmışdır..2016-ci il sentyabrın 26 -da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüsü keçirilən ümumxalq səsverməsində (referendumda) yüksək qiymətləndirilmiş, ölkə vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənmişdir. Referendum ərəfəsində Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupu təşviqat kampaniyasının qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.  26 sentyabr 2016-cı il ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir.

2017-ci il noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.

2018-ci il fevral ayının 8-də  Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirildi. Qurultayda ölkə başçısı cənab İlham Əliyevin növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti postuna namizədliyi irəli sürülmüşdür.  2018-ci ilin aprelin 11-də keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq (86,03 %)  Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2021-ci il mart ayının 5-də  Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.

Hüseynov Anar. 159 №-li tam orta məktəbin müəllimi.

AMEA Tarix institutunun doktorantı.